AÇIQ SAHƏ VƏ İSTİXANA KOMPLEKSLƏRİ

Meyvə bağı və istixana birlikdə təsərrüfatın həm açıq, həm də qapalı iqlim imkanlarını birləşdirən iki dayaq sütunudur. Bağda ağaclar mövsümlərin ritminə uyğun inkişaf edərkən, istixanada bitkilər ilboyu sabit şəraitdə yetişdirilir. Bu tandem sahibkara həm yüksək məhsuldarlıq, həm də fasiləsiz istehsal imkanı yaradır.

AVTOMATİKA VƏ ELEKTRONİKA

Müasir bağ sahələri və istixana kompleksləri artıq ənənəvi sistemlərlə kifayətlənmir. Burada bütün proseslər yüksək dəqiqlikli sensorlarla, tam avtomatik idarəetmə panelləri ilə və 24/7 etibarlı işləyən elektronika ilə nəzarətdə saxlanılır. İqlim tənzimlənməsi, suvarma, gübrələmə və enerji idarəetməsi real vaxtda izlənir, hər bir parametr öz-özünə optimal səviyyədə saxlanılır. Nəticədə daha məhsuldar, daha qənaətcil və insan müdaxiləsinə minimum ehtiyac duyan ağıllı təsərrüfat mühiti formalaşır.

LAYİHƏLƏNDİRMƏ

Layihələndirmə təsərrüfatın bütün texniki və aqroloji ehtiyaclarını qabaqcadan hesablayıb optimal həllər təqdim edən planlama prosesidir. Bu mərhələdə sahənin strukturu, suvarma sistemi, texnoloji axın və gələcək məhsuldarlıq ssenariləri dəqiq şəkildə qurulur. Düzgün layihələndirmə həm investisiyanın qorunmasını, həm də təsərrüfatın uzunmüddətli səmərəliliyini təmin edir.

Xidmətlərimiz

img

Açıq sahə

Açıq sahə (meyvə bağları, bostan əraziləri və s.) nasosxana kompleksinin, suvarma sisteminin, elektrik sisteminin, avtomatika sistemin tam təhvili.

img

Nasosxana

Açq sahə və istixana komplekslərində olan nasosxana kompleksində motor-nasos sisteminin , filter sistemin, gübrələmə sisteminin tam quraşdılıb təhvil verilməsi.

img

Avtomatika

Açıq sahə, nasosxana, istixana kompleksləri və s. ərazilərdə istifadə olunan avtomatik qurğuların quraşdırılması və program təminatının yazılması.

img

Elektrik panelləri

Elektrik lövhələrinin hazırlanması və quraşdırılması. İnverterlərin program təminatının yazılması və istifadəyə verilməsi

img

İstixana

İstixana komplekslərinin konustruksiya, suvarma, elektrik, avtomatika və isitməsi sitemlərinin tam təhvili.